Türkiyədə məskunlaşmış gürcü əsilli qanuni oğru Tamaz Barklayanın oğru titulu əlindən alınıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, 63 yaşlı "Kotoma Senakski ləqəbli Barklayanı oğru titulundan "Ded Xasana yaxın klan üzvləri keçirdikləri sxodka zamanı məhrum ediblər. Məlumata görə, bundan sonra "Dedə yaxınlığı ilə tanınan qanuni oğrular Laşa Bardjqa, Aleko Şoşiya və Entso Batumski Barklayanı vəhşicəsinə döyüblər.
Qeyd edək ki, Barklaya hazırda xəstəxanaya yerləşdirilib.