Futbol üzrə Türkiyə millisinin kapitanı, İspaniyanın "Barselona" klubunun oyunçusu Arda Turan və "Tv8"in rəhbəri Acun Ilıcalı Ağ Evin saytında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün imza toplama kampaniyasına öz imzalarını atıblar.
Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə onlar öz rəsmi twitter hesablarında qeyd ediblər. 
Kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemlə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıblar.
Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.
Qeyd edək ki, lazım olan imza sayı 100 min, hazırda toplanan imza sayı isə 21,815-dir.