"Bütün baş verənlərdən sonra Azərbaycana silah təchizatının davam etdirilməsi mənəviyyatsızlıqdır"
Unikal.org-un məlumatna görə, AzVision.az news.am-a istinadən xəbər yayıb.
Qeyd olunur ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Rusiyanın Azərbaycana silah təchizatının davam etdirəcəyi ilə bağlı Dmitri Roqozin fikirlərinə münasibət bildirərkən deyib.
Ermənistan rəsmisi həddi aşaraq Rusiyanı təhqir etməkdən belə çəkinməyib. O, Rusiyanı mənəviyyatsızlıqda günahlandırıb.
Xatırladaq ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Moskva Azərbaycana strateji tərəfdaşı kimi müqaviləyə müvafiq olaraq silah tədarükünə davam edəcək.