Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki moda evlərindən birindən 2200 manat pul oğurlamaqda şübhəli bilinən, habelə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Lənkəran rayon sakini Hacıağa Əbilov tutulub.