Bakının Ramana qəsəbəsində sərxoş oğul atasını döyərək ona xəsarət yetirib.
Unikal.org report-a istinadən xəbər verir ki, fərdi yaşayış evində Hüseynzadə Tağı atası, 57 yaşlı Hüseynzadə Azər Tağı oğlu ilə əlbəyaxa mübahisə edib. Nəticədə A.Hüseynzadə döyülərək ağır xəsarət alıb. O , xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxs polislərə ilkin ifadəsində oğlunun içki qəbul etdikdən sonra onu dəfələrlə döydüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.