"Qatar Airways" aviaşirkəti yüz ən yaxşı aviadaşıyıcı arasında birinci yeri tutaraq "World Airline Awards" mükafatına layiq görülüb.
Unikal.org-un məlumatına görə, Qətər aviaşirkəti bir neçə nominasiyada, o cümlədən "Ən yaxşı biznes-klass" və "Yaxın Şərqin ən yaxşı aviaşirkəti" nominasiyalarında mükafat alıb. Şirkət ötənilki reytinqdə 2-ci yerdə qərarlaşmışdı
Siyahıda ilk üçlükdə Sinqapurun "Singapore Airlines" və Yaponiyanın "All Nippon Airways" aviaşirkətləri qərarlaşıb.
Türkiyənin "Turkish Airlines" şirkərti 12-ci (ötən il 7-ci) , Rusiyanın "Aeroflot"u isə 30-cu yerdə (ötən il 40-cı) qərarlaşıb.
2016-cı ildə reytinqin lideri olmuş "Emirates" aviaşirkəti bu il 4-cü yerdə qərarlaşıb.

Azərbaycan Hava Yolları (AZAL) keçən il olduğu kimi, bu il də 71-ci sırada yer alıb.
Qeyd edək ki, sonuncu yerdə Meksikanın "Aeromexico" aviaşirkəti qərarlaşıb.