İyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.
G.Saypullayeva şübhəli şəxs qismində tutulub.