Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
12:47
Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.
Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.
Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.
Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.