Rusiyanın baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə görə Türkiyəni ittiham edib.
Unikal.org anspress-ə istinadən məlumatına görə, rus baş nazir Rusaiya mətbuatına müsahibəsində bildirib ki, Qarabağdakı hazırki vəziyyətə "türk amili" təsir edir."Regionda bir sıra güclər var ki, onlar Dağlıq Qarabağda və Yaxın Şərqdəki münaqişələrdəki son vəziyyəti diqqətlə izləyirlər. Ona görə də münaqişəyə kənardan təsirlər var",- deyə  Medvedev bildirib.
Jurnalistin "siz təsir deyəndə Türkiyəni nəzərdə tutursunuz" sualına Medvedev belə cavab verib. "Baxın siz türk amilini vurğuladınız. Yəqin ki, burada "türk amili" var. Çünki Türkiyə öz mövqeyini söyləyib", -deyə baş nazir bildirib. 
Medvedev iddia edib ki, Ankara öz mövqeyi ilə "odun üzərinə yağ tökür".
Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla digər ölkə rəsmiləri Azərbaycana açıq dəstəyini münaiş etdirmişdi.

Ərdoğan bildirmişdi ki, rəsmi Ankara Bakını Qarabağ konfliktində sonuna qədər dəstəkləyəcək.
"Azərbaycan prezidenti, dostum İlham Əliyevə hadisə ilə bağlı başsalığı vermişəm. Türkiyə Qarabağ münaqişəsində hər zaman Azərbaycanın tərəfində olub və onu dəstəkləməyə davam edəcək. Qarabağın işğalı və insanların ölümü ürəyimizi ağrıdır. Lakin mən demək istəyirəm ki, Dağlıq Qarabağ yenidən bütünlüklə Azərbaycanın olacaq", - deyə Ərdoğan qeyd edib.