Bakıda törədilən qətlin bəzi təfərrüatı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır.

Sözügedən qadın hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.

Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidentin təfərrüatlarını müəyyənləşdirirlər.





09:06

Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.

 
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.

 
Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.