Prodüser Tarix Əliyev (Tolik) yenə qalmaqallı paylaşımı ilə səs-küy yaradıb.
Unikal.org xəbər verir ki, Tolik hazırda səhhətində problem olan və xəstəxanada müalicə alan Könül Xasıyevanı ziyarət edən müğənnilərdən danışıb.
O, ziyarət zamanı video çəkib onu sosial şəbəkədə yayanları qınayıb:
"Canım Könül xanım, Allah sizə şəfa versin, heç kimə möhtac olmayasınız. Sizin sənətiniz o qədər böyükdür ki, yanınıza gələn bəzi müğənnilər onun qarşısında çox cılızdılar. Amma kaş yanınıza video çəkmək üçün yox, sizin üzünüzü güldürmək üçün bir dəstə gül alıb, oğlunuza bir köynək alıb gətirəydilər. Eh dünya, hərdən istəyirsən danışasan... Amma deyirsən, danışsam qan düşəcək".
Qeyd edək ki, bu yaxınlarda xalq artisti Gülyaz və Gülyanaq Məmmədovaların, müğənni NadirQafarzadənin K.Xasıyevanı ziyarət edərkən çəkilən videosu yayılmışdı. axşam.az