Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.

Unikal.org-un Trend-ə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 80-dən çox zəvvar ölüb, 250 nəfər yaralanıb.

İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.
 
Qafqazinfo-nun yaydığı məlumata görə ölənlərin sayı 100-ü keçib.

Bildirilir ki, polis əvvəllər fişənglərin partlayış təhlükəsi barədə məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür, sonradan buna əhəmiyyət verilməyib.