On illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Misir Nazirlər Kabineti məlumat yayıb.
Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən bu adalardan imtina etməsi artıq Misirdə narazılığa yol açıb.
Sərhədlərin delimitasiyası haqqında müqavilə Misir parlamentində təsdiqlənməlidir.