London-2012 Yay Olimpiya Oyunlarının çempionu, Azərbaycan güləş millisinin üzvü Toğrul Əsgərov şok paylaşım edib.
Unikal.org-un məlumatına görə, o, yığma komandamızdan imtina etdiyini bildirib.
Əsgərov bundan sonra Türkmənistan yığmasının uğurları üçün çalışacağını yazıb.
Lakin daha sonra o, feysbuk hesabından etdiyi bu paylaşımı silib.