Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəthullah Güləni tənqid edib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Gülənin ABŞ-a qaçdığını deyən prezident ölkədə dövlət çevrilişinə yol verməyəcəklərini bildirib:
 
"1999-cu ildə Pensilvaniyaya getdin. Bəs Türkiyə dövlətini necə ələ keçirmək istəyirsən? Niyə qaçdın, niyə gəlmirsən? Onsuz da bunlarda imam çoxdur, hamısı da qaçıb gedir. Bir qisimi həbsxanada, bir qismi müxtəlif ölkələrdə gəzir. Leqal görünüş altında terror təşkilatlarına bu ölkədə icazə verilməyəcək".