Aprelin 10-da Əfqanıstan vaxtı ilə saat 13:29-da Aşkaşam şəhəri yaxınlığında, Hindquş dağlarında baş verən 6,8 bal gücündə zəlzələ Pakistan, Hindistan və Orta Asiya respublikalarında hiss edilib.
Unikal.org AzərTAc-a istinadən bildirir ki, zəlzələ nəticəsində Pakistanda azı iki nəfər həlak olub, 10 nəfər yaralanıb, köhnə tikililər dağılıb.
Yeraltı təkanlar təxminən 3 dəqiqə davam edib. Zəlzələ Xayber-Paxtunxva və Pəncab əyalətlərində daha çox hiss olunub. Bu əyalətlərin sakinləri evlərini tərk ediblər.