İran İslam Respublikasının rəsmi xəbər agentliyi olan İRNA Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı fikirlərinə geniş yer verib.
Unikal.org xəbər verir ki, sayt Prezidentin "Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası nəinki Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq, həm də şimali Avropa ölkələri, Pakistan və Hindistan arasında əlaqələrin qurulmasını mümkün edəcək, eləcə də Azərbaycan Respublikası ərazisi vasitəsilə yük daşınması həcmini diqqətəlayiq tərzdə artıracaqdır" fikirlərinə toxunaraq vurğulayıb ki, iki dövlət arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir.
Nəzərə çatdırılıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ideyası İran və Rusiya tərəfindən də dəstəklənir və regionun iqtisadi cəhətdən çiçəklənməsinə səbəb olacaq.
Material aşağıdakı linkdədir: http://www.irna.ir/fa/News/82028180/.