Bakının Sabunçu rayonunda xüsusi əməliyyat keçirilib. 

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, əməliyyat rayonun Nardaran qəsəbəsində həyata keçirilib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları Nardaran qəsəbəsi, Tusi küçəsi, döngə 2, ev 34 ünvanına baxış keçiriblər. Baxış zamanı 1986-cı il təvəllüdlü Fuad Əhmədzadəyə məxsus 1 ədəd sənədsiz tüfəng aşkar olunub. 

Faktla bağlı 42-ci polis bölməsində araşdırma aparılır.