Bakı şəhəri Sərhədçi Olimpiya Mərkəzində 23 yaşa qədər gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

Unikal.org-un məlumatına görə, çempionata 36 komanda, 400 idmançı qatılıb.

Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu Mülki Müdafiə Qoşunlarının "N saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov + 100 kq çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olub.