Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.
Unikal.org Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin atdığı mərmilər nəticəsində 30 ev dağılıb, 5 ev yanıb, 37 evə ziyan dəyib. Sarıcalı kənd tam orta məktəbinin dam örtüyü və pəncərə-şüşə bloku sıradan çıxıb, Rzalar kənd tam orta məktəbinin və Əfətli kənd inzibati ərazi nümayəndəliyinin pəncərə şüşələri sınıb.