Ağdaş-Xaldan yolunda "Mercedes" markalı avtomobil kanala düşüb.

Unikal.org-un "Reportun Qərb bürosuna istinadən məlumatına görə, hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Onlardan üçü kişi, biri isə qadındır.
Yaralılar Ağdaş Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.