Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Unikal.org-un məlumatına görə, atışma zamanı yaralanan 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Hadisəyə, nəinki, yerli məşhurlar, eləcə də dünya ulduzları münasibət bildiriblər.
Türkiyəli müğənni Hadisə də rəsmi İnstaqram səhifəsində həlak olmuş 2 yaşlı Zəhranın fotosunu paylaşaraq yazıb:
"İçim ağrayır ... 2 yaşındakı bir körpə .. Dərd çəkən analar ... Bu insanlığa sığmayan vəhşi bir hücumdür! Terror hücumlarını dilindən, dinindən irqindən asılı olmayaraq qınayıram və qınamağa davam edəcəm! Buna bir son verin! Azərbaycana səbr diləyirəm...".