Moskvada RLDP rəhbəri Vladimir Jirinovskinin təntənəli şəkildə abidəsinin açılışı olub.
Unikal.org oxu.az-aistinadən xəbər verir ki, üçmetrlik bürünc abidə 1-ci Basman döngəsində Dünya Sivilizasiya İnstitutunun həyətində ucaldılıb.
Rusiyanın ağır çəkili siyasətçisinin metal heykəlini məşhur heykəltəraş Zurab Sereteli əbədiləşdirib.
Səbəb isə yetərincə mühümdür – qarşıdan Jirinovskinin 70 illik yubileyi gəlir. Vladimir Volfoviç ad gününü aprelin 25-də qeyd etməyinə baxmayaraq, rəsmi açılış aprelin 11-də baş tutub.
"Komsomolskaya paravda"nın müxbiri Yelena Çinkova tədbirdə həm heykəltəraşın, həm də yubilyarın iştirak etdiyini bildirib. Abidənin açılışı Rusiya imperiyasının "Tanrı, çarı qoru!" himninin sədaları altında baş tutub.
Maraqlıdır ki, Sereteli Jirinovski üçün iki heykəl yaradıb. Birincisi ilkin olaraq Preçistenkada Seretelinin qalereyasındadır. Fevralda heykəl RLDP liderinə təqdim edildi. Bununla yanaşı, bürünc heykəl siyasətçinin elə çox xoşuna gəlib ki, o, heykəltəraşa ikincisini yaratmaq üzrə göstəriş verib. Məhz həmin ikinci heykəlin bu gün açılışı olduğu ehtimla edilir.
Volqoqradın Jirnovsk şəhərinin sakinləri daha da irəli gediblər, onlar yaşayış məntəqəsinin adına "i" hərfini əlavə edərək, Jirinovsk-a çevirmək təklifini irəli sürüblər. Siyasətçi bunu bəyənib, və bu halda partiyanın şəhər sakinlərinə humanitar yardım göstərə biləcəyini də əlavə edib.