Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb.
Bu barədə unikal.org-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəailiyyət məsələləri bir daha öyrənilib.
Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və tətbiqi məsələləri ilə maraqlanıb.