Belçika millisinin və "Gent"in yarımmüdafiəçisi Tomas Foket karyerasına fasilə verməli olub.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu "Atalanta" klubunda tibbi müayinədən keçərkən onun ürəyində problem olduğu aşkarlanıb.
Həkimlər futbolçuya idmanla məşğul olmağı qadağan ediblər.
Foket ilin sonunda növbəti dəfə müayinədən keçəcək.