İllərcə reklam və moda sektorunda çalışan Tolga və Ayşegül Dəmirəl cütlükləri meşəlikdə yaşamaq üçün özlərinə ev tikiblər. 
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, ər və arvad heç kimin köməkliyi olmadan aşağıda göstərilən fotolarda bu evi tikiblər. 4 yaşındakı qızları Maya ilə birlikdə bu dağ evinə yaşamağı qərar veriblər. 
Cütlüklər dağ evində yaşamasına səbəb kimi bunu gətiriblər: "Şəhərdə dörd divar arasında yaşamaq adamı məhv edir.Dağ evindəki rahatlığı şəhərdə heç zaman hiss etmirik". 
Cütlüklər artıq dolanışıqları üçün də gəlir mənbəyi tapıblar. Belə ki, evlərinin ətrafında olan əncir və qoz ağaclarının məhsullarının bir qismini satmaqla dolanacaqlar. Bu evin tikilib başa çatmasına isə ev yiyələri 10 min tele xərcləyiblər.