Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.
Unikal.org bildirir ki, XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici işlər naziri E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının "Ədalət və sülh naminə birlik və həmrəylik" mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb.
İclas çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.