Bu gün ATƏT Parlament Assambleyasının Minskdə keçirilən sessiyası başa çatıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, sessiyada Minsk Bəyannaməsi qəbul edilib.
Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış "Şərqi Avropada vəziyyət qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib. Səsvermə zamanı 43 nəfər qətnamənin Minsk Bəyannaməsinə daxil edilməsinin lehinə, 43 nəfər əleyhinə səs verib. Nəticədə qətnamə Minsk Bəyannaməsinə daxil edilməyib. Sessiyada iştirak edən Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Valeriy Voronetskiy deyib ki, qətnamə çox qeyri-peşəkar, səriştəsiz və qərəzli hazırlanıb.
Qeyd edək ki, iyulun 8-də ATƏT PA-nın İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi Şərqi Avropada vəziyyət adlı qətnamə qəbul edib. Qətnamədə 3 ölkədə söz və toplaşmaq azadlığının pozulduğu iddia edilir.