Pakistanda qeyri-adi, tragikomik hadisə baş verib.
Unikal.org anspress-ə istinadən bildirir ki, dəlil kimi məhkəmə iclasına aparılan əl qumbarası proses vaxtı partlayıb. Qəribə hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə terror şübhəlisi kimi mühakimə edilən şəxsin məhkəməsində baş verib. Şübhəli şəxsin evindən aşkarlanan digər silahlarla yanaşı, əl qumbarası da prosesə aparılıb.
Baş vermiş partlayışdan sonra məhkəmə salonunda qorxu yaşanıb və proses bir gün təxirə salınıb.
Hadisədən sonra məhkəmə salonuna cəlb edilən bomba mütəxəssisləri baş verə biləcək növbəti partlayışların qarşısını alıblar.