"Oğruların tapılması ilə bağlı hələ ki mənə polisdən hansısa məlumat verilməyib. Gözləyirəm, görək axırı necə olacaq".
Unikal.org xəbər verir ki, bunu Modern.az saytına mərhum Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə ata evində törədilən oğurluqla bağlı danışarkən deyib.
Qeyd edək ki, bu ilin mart ayının 9-da mərhum Sərdar Həmidovun Tərtərdəki ata-baba evi yarılıb.
S.Həmidov vaxtilə Tərtət özünü müdafiə batalyonun komandiri və daha sonra isə rayon icra başçısı olub.
O, bu il fevral ayının 28-də dünyasını dəyişib. Mərhum yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.