Suriyanın Homs rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-28H" helikopteri qəzaya uğrayıb.
Unikal.org "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
"Hadisə zamanı 2 ekipaj üzvü həlak olub. Axtarış-xilasetmə işləri nəticəsində pilotların cəsədləri götürülüb və hazırda Hmeymimdəki aviabazada saxlanılır", - deyə məlumatda bildirilir.