Ağır zədə alan və "Mançester Yunayted"dən ayrılan Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşib.
Unikal.org fanat.az istinadən xəbər verir ki, isveçli ulduz karyerasını ABŞ-da davam etdirəcək.
Məlumata görə, İbrahimoviç "Los Anceles Qalaksi"nin təklifini qəbul edib. O, yeni klubunda illik 6,7 milyon avro maaş alacaq. Bununla da Zlatan rekorda imza atacaq. Çünki bu MLS tarixinin ən yüksək maaşıdır.
Qeyd edək ki, İbrahimoviç karyerası ərzində İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib.