"Turkish Airlines" şirkətinin təyyarəsinin quyruq hissəsi İstanbul hava limanında digər hava gəmisi ilə toqquşması nəticəsində zədələnib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Atatürk" hava limanından Aktauya yollanan Qazaxstanın "Scat" aviaşirkətinin təyyarəsi uçuş-enmə zolağında Türkiyə aviaşirkətinin təyyarəsi ilə toqquşub. Qazaxıstan təyyarəsi Türkiyə təyyarəsinin quyruq hissəsinə toxunub.
"Turkish Airlines" təyyarəsinin uçuşu ləğv olunub, 286 nəfər sərnişin isə Taybey şəhərinə digər təyyarə ilə uçub.