"Amazonun yaradıcısı Ceff Bezos "Forbesun versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.
Unikal.org-un ikt.lent.az-a istinadən xəbərinə görə, şirkətin bazar dəyərinin yüksəlməsi fonunda o, "Microsoftun yaradıcısı Bill Geytsi ötüb. "Forbesun real rejimdəki hesablamasına əsasən hazırda C. Bezosun sərvəti 90,6 milyard dollar, B. Geytsin sərvəti isə 90,1 milyard dollar təşkil edir.
Xatırladaq ki, bu gün NASDAQ birjasında ticarət əməliyyatlarının açılışında "Amazonun səhmləri 1,8% bahalaşıb.
Mart ayındakı qlobal reytinqdə C. Bezos 72,8 milyard dollarlıq sərvəti ilə 3-cü sırada idi. Onun əsas aktivi "Amazon online riteylerindəki şəxsi payıdır - 16,7%. Bundan başqa, "Blue Origin aerokosmik şirkəti də Bezosa məxsusdur. O, nüfuzlu "The Washington Post qəzetinin sahibidir və 2013-cü ildə qəzeti 250 milyon dollara alıb.
Qeyd edək ki, "Amazonun bazar dəyəri son aylar ardıcıl yüksəlir. İlin əvvəlindən bəri şirkətin bazar dəyəri 146 milyard dolar artıb. İyulun 26-da "Amazonun dəyəri yarım trilyon dolları ötüb. Buna qədər ABŞ-da cəmi 3 şirkətin - "Alphabet, "Apple və "Microsoftun bazar dəyəri 500 milyarddan çox idi.