Güclü külək fırtınaya səbəb olub
İstanbul şiddətli yağışın təsiri altındadır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağışdan sonra başlayan dolu Avrasiya tunelində nəqliyyatın hərəkətini iflic edib. Atatürk və Sabiha Gökçen hava limanlarında uçuşlarda ləngimə müşahidə olunur.
Məlumata görə, bəzi yerlərdə yağışla birgə müşahidə olunan güclü külək fırtınaya səbəb olub. İstanbulda dayanacaqda sərnişinlər saatlarla avtobus gözləyir.
Xatırladaq ki, Bolqarıstan üzərindən gələn hava kütlələri Ədirnə vilayətindən başlayaraq bu gün İstanbula gəlib.