Qara dənizdə qəzaya uğrayan ticarət gəmisinin 9 ekipaj üzvündən 3-ü xilas edilib, 6 nəfərin taleyi barədə məlumat yoxdur.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, dənizçilərin axtarışı üçün 3 gəmi cəlb olunub.

"Qara dəniz akvatoriyasında, Alupka yaşayış məntəqəsindən 40 km cənub istiqamətində 24 min ton buğda daşıyan "Anda gəmisi aşıb. Gəmidə 9 nəfərdən ibarət ekipaj olub. Onlar Suriya və Hindistan vətəndaşlarıdır. Onlardan 3-ü xilas edilib, digər 6 nəfərin taleyindən hələlik xəbər yoxdur, - deyə məlumatda bildirilir. .

Hazırda Qara dənizdə güclü külək və hündür dalğaların müşahidə olunduğu bildirilir.