Lənkəranda avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində qeydə alınıb.
"VAZ-21015 markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki nəfər - "VAZ-21015sürücüsü, Qumbaşı kənd sakini, 1977-ci il təvəllüdlü Nəcəfov Yaşar Əlyar oğlu və onun həmkəndlisi Orxan adlı şəxs xəsarət alıb. Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.