Ukrayna Ali Radası Arseni Yatsenyukun baş nazir vəzifəsindən istefasını qəbul edib və Vladimir Qroysmanın bu posta təyin olunmasına razılıq verib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Ali Rada bu gün V. Qroysmanın namizədliyini 257 səslə təsdiqləyib.
Xatırladaq ki, yeni baş nazir bundan əvvəl parlamentin sədri idi. 1978-ci il təvəllüdlü Vladimir Qroysman Ukraynanın tarixində ən gənc hökumət başçısıdır.