Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana hökm oxunub.
Unikal.org xəbər verir ki, APA-nın məlumatına görə, Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan "Başneft" işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.
İstintaqın məlumatına görə, L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Öncə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu tədbiri ev dustaqlığı ilə əvəz edib.
Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
L.Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.