Ağsu rayonunda yaşlı kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb. Həsrət Qurbanov mal-qaraya hücum edən canavarı həyətindən qovmaq istəyərkən vəhşi heyvan onu parçalayıb.
70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.
Faktla bağlı araşdırma aparılır.