Ay ərzində gecə-gündüz işlədib 1000 manat vermək istəyirlər.
Unikal.org bildirir ki, bu sözləri big.az-a açıqlamasında aktrisa Pərvin Abıyeva söyləyib. Aktrisa rejissorların film müqabilində Pərvinə ödəmək istədikləri qonorardan narazılığını dilə gətirib:
"Bu iş müqabilində nəinki 1000 manat, 3000 manat da vermək azdır. Mənə baxın, görün heç 1000 manata iş görənə oxşayıram? Buna görə də seriallara çəkilmək istəmirəm. Ay ərzində hər gün əziyyət çəkirəm, çəkilişlər məni yorur. Bu iş qarşılığında təklif olunan məvacib isə olduqca azdır".
Pərvin Abıyeva bu qədər şikayətlərinə baxmayaraq "Bacanaqlar" serialına çəkilməkdən imtina etməməsinin də səbəbini açıqlayıb:
"Bəli, "Bacanaqlar" serialına çəkilirəm. Çünki bu serial üçün çəkiliş həftədə cəmi bir gün təşkil edilir. Bu da mənə sərf edir, çəkdiyim zəhmətə dəyir".