"Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə etibar etmədim.
Unikal.org xəbər verir ki, bu sözləri "Faytonçu ləqəbi ilə tanın müğənni Nazim Pişyarı big.az-a açıqlamasında bildirib.
Sənətçi 3 ay ərzində bir neçə dəfə əməliyyat olunduğunu söyləyib:
"İsrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş geri alıram.