Azərbaycan Dövlət Pantomim Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevin evi yararsız vəziyyətə düşüb.
Milli.Az xəbər verir ki, primetime.az-a bu barədə əməkdar artistin özü məlumat verib. O, yaşadığı evin təhlükəli vəziyyətdə olduğu üçün dam örtüyünün çökdüyünü bildirib: "Dünən evimizdə böyük bir təhlükə yaşandı, dam örtüyü başımıza uçdu. Bununla bağlı iki dəfə aidiyyəti qurumlara müraciət etmişəm.
Mən, Pantomim teatrının yaradıcılarından biri, əməkdar artist, aktyor, eyni zamanda teatrın direktoru belə bir bərbad şəraiti olan evdə yaşayır. Mənim evimə gün işığı düşmür, ev nəmişlikdir, pəncərələr yoxdur. Evin içində bu yaxında kərtənkələ də gördüm, siçanların gəzişməsi adi hala çevirilib. Müraciətlərimə isə bu günə qədər heç bir cavab gəlməyib. İndiyə kimi susdum, artıq evim yaşanılası vəziyyətdə deyil. Ümid edirəm ki, müraciətlərimə sosial şəbəkə vasitəsilə cavab tapa bilərəm".