Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb.

Unikal.org-un məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca "Diamond League ("Brilliant Liqa) daha bir qızıl medala sahib olub.
 
Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.