Azərbaycan mənim üçün doğma yerdir.
Unikal.org xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda Qlobal Gənc Liderlər Forumunda iştirak edən ukraynalı müğənni, 2004-cü ildə "Eurovision mahnı müsabiqəsinin qalibi, Ukraynanın Xalq Artisti Ruslana söyləyib.
Müğənni deyib: "Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm. Mənim üçün Azərbaycan Ukraynadan sonra ikinci doğma yerdir. Azərbaycanla bağlı o qədər xoş xatirələrim var ki. O cümlədən sənətimlə əlaqədar. Belə ki, bir neçə birgə layihə həyata keçirmişik. Mən azərbaycanlı artistləri tanıyıram, muğamı öyrənirəm. Bu qeyri-adi musiqi mənim üçün böyük maraq kəsb edir və mənə çox yaxındır.
Bakıya öz təcrübəsindən danışmağa gəldiyini qeyd edən Ruslana deyib: "Axı Qlobal Gənc Liderlər Forumu mövzusu çox vacibdir.
O deyib: "Forum ayrı-ayrı mədəniyyətləri və ölkələri təmsil edən müxtəlif formatlı gənclərin müzakirə etdikləri qlobal problemlərin həlli üçün platformadır. Hesab edirəm ki, Ukrayna ölkənin həyatını yaxşılaşdırmaq işində, sosial innovasiyaların tətbiqi sahəsində öz təcrübəsini bölüşə bilər. Axı ümumi məsələlərin həlli üçün birləşən insanlar çox fəal olurlar.
Avqustun 20-də müxtəlif nümayəndə heyətləri ilə görüşlər keçirildiyini bildirən müğənni deyib: "Biz bir-birindən maraqlı insanlarla tanış olduq. Demək istəyirəm ki, burada olmaq çox xoşdur.
Öz yaradıcılığına da toxunan Ruslana qeyd edib ki, yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirməyi planlaşdırır.