Müğənni Xuraman Şuşalı uzun müddətdir küsülü olduğu rəqqasə Fatimə Fətəliyevadan danışıb.
Unikal.org-un məlumatına görə, "Show time verilişinə qonaq olan ifaçı bildirib ki, onların arasını digər tanışları vurub:
"Fatimə yaxşı qızdır. Yəqin ki, bir-birimizə rəqib olduğumuza görə mənlə danışmır. Ola bilsin ki, məndən ona nəsə çatdırıblar. Arada söz gəzdirənlər olur. Onların vəzifəsi də ondan ibarətdir. Elə olub ki, xınaya Fatiməni də danışıblar, məni də. Mən demişəm ki, əvvəl onunla danışın, sonra mənimlə.
İfaçı həyat yoldaşı barədə də söhbət açıb:
"Bir çoxları sosial şəbəkədə yazır ki, həyat yoldaşım mənim başımı bağlasaydı, açardım. Xeyr, bu düzgün düşüncə deyil. Bunu mənə həyat yoldaşım məcburi bağlatdırmayıb. Bu iman məsələsidir. Özüm istəyib bağlamışam. Artıq 5-ci ilə keçir ki, başımı bağlayıram. Allah qismət eləsin ki, axıra qədər buna əməl edim.