ANS və Space telekanallarının keçmiş aparıcısı Rövşanə Bektaşinin yeni iş yeri məlum olub.
Unikal.org xəbər verir ki, ölkə.Az-ın əldə etdiyi özəl məlumata görə, Bektaşi bundan sonra ARB telekanalında çalışacaq.
ARB Media Qrupun strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov saytımıza açıqlamasında xəbəri təsdiqləyib:
"Rövşanə Bektaşi ARB-də səhər şousu aparacaq. Sosial mövzular, əyləncə və şou olacaq. İnanıram ki, gücümüzə güc qatacaq".
"Yeni mövsüm öncəsi başqa transferlər olacaqmı" sualına media direktoru belə cavab verib: "Hazırda danışıqlar gedir. Bu barədə yeniliklərimizi yaxın günlərdə açıqlayacağıq".
Qeyd edək ki, Rövşanə Bektaşi bir neçə il ANS-də çalışdıqdan sonra, yenidən Space-ə qayıtmışdı.