İngiltərədəki Westminster Universitetində aparılan bir araşdırmaya görə qorxu filmlərini izləmək artıq çəkinin itirilməsinə səbəb olur.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, alimlər qorxu filmələrini izləyənlərin ürək döyüntüsünü, tənəffüsünü və orqanizmdən karbondioksidin xarici olunması prosesini yoxlayıb. Araşdırmalardan sonra 90 dəqiqəlik qorxu filminin orta hesabla 200 kalori yandırdığı məlum olub.
Xüsusilə həyəcanın artdığı səhnələrin qısa müddət ərzində orqanizmdə reaksiyalara səbəb olduğu və bədəndə kalorinin yanmasını sürətləndirdiyi isbatlanıb.
Hansı film neçə kalori yandırır?
Məşhur qorxu filmələrinin yandırdığı kalorinin miqdarı belədir:
1980-ci istehsalı Cinnet-184 kalori
1975 -ci il istehsalı olan Jaws-161 kalori
1973 -cü il istehsalı olan Şeytan-158 kalori
1979-cu il istehsalı Alien-152 kalori
2004-cü il istehsalı Testere-133 kalori