İsmayıllı rayonunda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, tapançadan açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirilir.
Əldə olunan məlumata görə, hadisə zamanı 7 dəfə atəş açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
İnsidentin kriminal avtoritetlərdən birinin qardaşının toyunda baş verdiyi deyilir.