Evlilik verilişinin məşhur simalarından olan azərbaycanlı gəlin Naz Mila bu dəfə açıqlamaları ilə gündəm olub.
Unikal.org axsam.az-a istinadən məlumatına görə, o, proqramın yalanlar üzərində qurulduğunu və iştirakçıların oradan pul qazandıqlarını etiraf edib.
Naz arada verilişdən ayrılmağının əsl səbəbini də söyləyib:
"Son iki həftənin pulunu almamışam. Amma ehtiyacım da yoxdur. Verilişdə tək bir həqiqət olub, o da Baha ilə olan münasibətimdir. Ondan başqa, hər şey yalan idi. Baha da oyunlardan bezdiyi üçün proqramı tərk etdi. Bir gün də pulumu verməmişdilər deyə "Evleneceksen gelə getdim, sonra yalvardılar, geri çağırdılar və pulumu ödədilər.
Mila Əli ilə münasibətindən də danışıb:
"Əli ilə aramda heç nə yox idi. Mən bir yana , Əli oraya gəldiyi gündən heç kimlə sevgi yaşamamışdı. Hətta Nurlananı da ilk dəfə orada görüb.